İdman24
Futbol · APA Sport

İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO

İngiltərənin yeniyetmələrdən ibarət futbol millisinin təlim-məşq toplanışında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, yığmanın iki futbolçusu mehmanxana otağında əlbəyaxa dava edib.

Hadisə zamanı komanda yoldaşları onları ayırmağa çalışmaq əvəzinə, davanı mobil telefonla lentə alaraq görüntüləri sosial şəbəkələrdə yayıblar.

Davada iştirak edən futbolçulardan birinin “Çelsi”nin U-18 komandasının 16 yaşlı hücumçusu Heyz Qrimveyd olduğunu müəyyənləşdiriblər. Yamayka əsilli ingiltərəli futbolçu İngiltərə U-18 Premyer Liqasının qalibi olub.

Orijinal mənbə

İdman24 əsas səhifə