Döyüş İdmanı · APA Sport
Taekvondo üzrə dan imtahanı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan imtahanda 80 nəfər iştirak edib.
Onlardan 54-ü I dan, 20-si II dan, 6-sı isə III dan üzrə bilik və bacarıqlarını nümayiş etdirib.
İmtahanı ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol keçirib. Tədbirdə federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.