Məcnun Məmmədov: "Qarabağda torpaqlar 50/50 nisbətində əhaliyə və investorlara paylanır"

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Məcnun Məmmədov: "Qarabağda torpaqlar 50/50 nisbətində əhaliyə və investorlara paylanır" ASK 05 noyabr, 2026 11:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fermerlər üçün minimum torpaq sahəsinin 5 hektar olması tələb edilir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin fikrincə, azad olunmuş ərazilərdə ümumi makro aqrar siyasətə uyğun olaraq torpaqlar iki əsas istiqamət üzrə 50/50 nisbətində bölüşdürülür yəni torpaqların 50 %-inin əhaliyə öz kəndləri ətrafındakı 1-2 km radiusda parselləşdirilərək, bütün infrastruktur imkanları yaradılaraq təqdim olunması nəzərdə tutulur: "Lakin orada minimum tələb 5 hektar olaraq müəyyənləşdirilib və bu, Azərbaycanın digər regionlarında son illərdə aparılan araşdırmaların və əldə olunan təcrübənin nəticəsi olaraq belə qərara gəlinib.
Qalan 50 % isə investisiya məqsədli nəzərdə tutulub ki, bu da kəndlərdən daha uzaq ərazilərin investorlara icarəyə verilməsini əhatə edir və həmin investisiyalar müsabiqə yolu ilə reallaşdırılır. Artıq 4 müsabiqə yekunlaşıb. Bu müsabiqələrdə 500 -dən artıq müraciət qeydə alınıb və təqribən 48-50 %-ə yaxın qalib seçilib. Müxtəlif sahələrdə oradakı minimum tələb 20 hektar və daha böyük sahəyə investisiya qoyuluşudur".
M. Məmmədov vurğulayıb ki, investisiyayönümlü həm heyvandarlıq, həm balıqçılıq, həm bağçılıq, həm də əkinçilik sahələri üzrə müraciətlər mövcuddur və qaliblər müəyyənləşib: "Yekun hədəfdə nəzərdə tutulan investisiya və sonradan kəndlərə təqdim edilən torpaqların 50 %-i təşkil edir. Əsas məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin. Hazırda ölkə üzrə hər bir təsərrüfata düşən ortalama 1,7 hektar sahədən fermerlərimiz kifayət qədər gəlir götürə bilmirlər. Bəzi kəndlərdə ayrılan torpaq sahəsi oradakı yaşayış evlərinin sayına müvafiq deyil və ya daha az həcmdədir. Bu halda bizim təklifimiz birləşməkdir – ailə kəndli təsərrüfatlarının və ya kooperativlərin yaradılmasıdır. Xocavəndin Balıca kəndi və ya Xanyurdu kəndində fermerlərin, əslində qadın fermerlərin bir kooperativinin qurulmasının və fəaliyyətinin olduqca səmərəli olduğunu müşahidə edirik".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Fatimə Bağırova Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 12:35 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Biznes 12:34 Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb Futbol 12:34 Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub" ASK 12:32 Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb" Maliyyə 12:31 BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir Xarici siyasət 12:29 Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb Media 12:26 DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb Hadisə 12:26 Sabah yağış yağacaq - Proqnoz Ekologiya 12:23 Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.