İdman24
Döyüş İdmanı · APA Sport

Murad Əhmədiyev mundialı medalsız başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında medal qazana bilməyib.

Apasport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerlə qarşılaşıb.

Rəqibinə 1:5 hesabı ilə məğlub olan Əhmədiyev medal şansını itirib.

Bu gün Azərbaycan millisinin daha üç üzvü – Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, noyabrın 1-də başa çatacaq dünya çempionatında Azərbaycan yığması indiyədək iki qızıl medal qazanıb. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Orijinal mənbə

İdman24 əsas səhifə