Minifutbol millisinin baş məşqçisi İlkin Hacıyev: "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik"

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 25° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Minifutbol millisinin baş məşqçisi İlkin Hacıyev: "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik" Futbol 14 oktyabr, 2026 16:42 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatının qalibi olmaq niyyətindədir.
Bunu "Report" a açıqlamasında yığmanın baş məşqçisi İlkin Hacıyev deyib.
Mütəxəssis turnirə 3 ay intensiv hazırlaşdıqlarını bildirib:
"Rəhbərliyə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Dünya çempionatında ilk matçımız Rumıniya seçməsinə qarşı oldu və 3:3 hesabı ilə başa çatdı. Ağır oyun keçdiyini deyə bilərəm, buna baxmayaraq, futbolçulara təşəkkür edirəm. İlk oyunlar həmişə çətin keçir. Məqsədimiz çempionluqdur, bura çempion olmağa gəlmişik".
O, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərində qazanılan qələbələri də dəyərləndirib:
"Çexiyanı 4:2 hesabı ilə məğlub etdikdən sonra BƏƏ ilə oyunda da eyni hesabla qalib gəldik. Qarşılaşma tamamilə üstünlüyümüz şəraitində keçdi və komandadan tam razı qaldım. Şükürlər olsun ki, zədəlimiz yoxdur, tam heyətlə növbəti matça hazırıq. Komanda oyundan-oyuna daha da artırır, futbolçular getdikcə uyğunlaşırlar".
Baş məşqçi çempionatın favoritlərini və qarşıdakı hədəfi də açıqlayıb:
"Turnirin ən güclüləri Rumıniya, Çexiya, Serbiya və Ukrayna milliləridir. Lakin bu minifutboldur, burada istək və mübarizə çox önəmlidir, sona qədər oynamaq lazımdır. Oktyabrın 15-də Slovakiya ilə matçımız var və meydana qələbə üçün çıxacağıq. Ən çox xal toplayan 4 komanda yarımfinalda iştirak edəcək. "4-lüy"ə düşmək üçün xal itirmək olmaz".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında keçirdiyi görüşlərdə Rumıniya ilə heç-heçə (3:3) edib, Çexiya və BƏƏ komandalarını isə 4:2 hesabı ilə üstələyib. Komanda növbəti matçını sabah Slovakiya millisinə qarşı keçirəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:15 Bakı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub Xarici siyasət 18:10 Foto Video "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Hərbi 18:02 Foto Emoməli Rəhmon Azərbaycanda səfərdədir Xarici siyasət 17:44 Foto Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Xarici siyasət 17:39 Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub Futbol 17:36 Nazir müavini: "Laosun Orta Dəhlizə qoşulmasını təmin etməliyik" İnfrastruktur 17:34 "Bank VTB Azərbaycan"ın xalis mənfəəti 27 %-ə yaxın azalıb Maliyyə 17:34 Müsahi̇bə Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir Sosial müdafiə 17:22 Foto Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.