"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 22° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib Futbol 17 oktyabr, 2026 22:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Bavariya" Almaniya çempionatının VI turunda doğma meydanda "Leypsiq"ə 6:1 hesabı ilə qalib gəlib.
"Report" xəbər verir ki, Münhen təmsilçisinin heyətində Luis Dias 12-ci, 47-ci və 69-cu dəqiqələrdə het-trik edib. Aleksandar Pavloviç 26-cı, Maykl Olise 34-cü, Harri Keyn isə 52-ci dəqiqədə fərqlənib.
Qonaqların yeganə qolunu 90+1-ci dəqiqədə Andriya Maksimoviç vurub.
Bu, "Leypsiq"in Almaniya çempionatında ən ağır məğlubiyyətlərindən biri olub. "Bavariya" 2025-ci ilin avqustunda da rəqibini doğma meydanda 6:0 hesabı ilə məğlub edib. "Leypsiq" tarixinin ən ağır məğlubiyyətini isə 2023-cü ilin martında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubuna 0:7 hesabı ilə uduzarkən alıb.
Bu qələbədən sonra "Bavariya" turnir cədvəlində Dortmund "Borussiya"sına çatıb. Hər iki komandanın aktivində 14 xal var. Dortmund klubu şənbə günü səfərdə "Union"la qolsuz heç-heçə edib. "Leypsiq" isə 9 xalla yeddinci pillədə qərarlaşıb.
Növbəti turda "Bavariya" oktyabrın 25-də səfərdə "Frayburq"la qarşılaşacaq. "Leypsiq" isə bir gün əvvəl "Elversberq"i qəbul edəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Xəbərlər Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 00:12 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Hadisə 00:00 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Daxili siyasət 00:00 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür Daxili siyasət 23:52 Video Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır Futbol 23:49 Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb Digər ölkələr 23:22 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Digər ölkələr 23:12 Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib Digər ölkələr 22:52 "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib Futbol 22:20 Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.