AFFA "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularını cəzalandırıb

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AFFA "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularını cəzalandırıb Futbol 28 oktyabr, 2026 16:51 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ" klublarının futbolçularını cəzalandırıb.
"Report" xəbər verir ki, buna AFFA U-17 Liqasında keçirilmiş "Qarabağ" – "Sabah" oyununda baş verən hadisələr səbəb olub.
"Sabah"ın futbolçuları Kənan Əliyev və Nizami Nəbiyev hakimlərə qarşı hərəkətlərinə görə cəzalandırılıblar. Qarşılaşmanın 21-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan Kənan Əliyev, 90+2-ci dəqiqədə dava etdiyinə görə meydandan qovulan Nizami Nəbiyev oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiklərinə görə müvafiq olaraq 6 oyunluq cəzalanıblar.
Bundan əlavə, "Sabah" klubu 1000 manat cərimələnib.
"Qarabağ"ın futbolçusu Ayxan İbadov da dava etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, növbəti 4 oyuna buraxılmayacaq.
Ağdam təmsilçisinin digər oyunçusu İbrahim Sadiqli isə 90+2-ci dəqiqədə hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub. O, 5 oyunluq diskvalifikasiya edilib.
Bundan əlavə, AFFA U-17 Liqasında keçirilmiş "İmişli" – "Şamaxı" oyununda qonaq komandanın köməkçi məşqçisi Tərlan İsgəndərov 68-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu səbəbdən növbəti 5 oyunda texniki zonada yer ala bilməyəcək.
AFFA Gənclər Liqasında keçirilmiş "İmişli" – "Turan Tovuz" matçında isə qonaq komandanın futbolçusu Uğur Kişiyev 90-cı dəqiqədə oyun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edib. O, qırmızı vərəqədən sonra hakimi təhqir etdiyinə görə növbəti 6 oyunda iştirak edə bilməyəcək.
"Turan Tovuz" klubu isə 1000 manat cərimə ödəyəcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı AФФА наказала игроков молодежных команд "Сабах" и "Карабах" --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 18:19 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Digər ölkələr 18:18 Foto Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub Mədəniyyət siyasəti 18:12 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib Xarici siyasət 18:02 Azərbaycanda nağdsız ödənişlər 1 % artıb Maliyyə 17:50 Aİ Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq Rusiya qazının idxalını istisna edir Digər ölkələr 17:48 "Şəfa" Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb Futbol 17:47 NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib Maliyyə 17:42 Foto Qafqaz Media Forumunda rəqəmsal transformasiya və yeni kommunikasiya modelləri müzakirə edilib Media 17:39 Foto "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb Mədəniyyət siyasəti Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.