İdman24
Futbol · Report İdman

Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər Qarabağ 10 oktyabr, 2026 11:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin miqyası, xüsusilə də məcburi köçkünlərin doğma yurdlarına qayıdış sürəti nəzərə alınmaqla, yüksək qiymətə layiqdir.

"Report" un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) klubunun beynəlxalq səyyahlar qrupunun tərkibində regionda səfərdə olan amerikalı səyyah Forest Kaveni (Forest Caveney) bildirib.

Onun sözlərinə görə, o, Azərbaycana ilk dəfədir səfər edir və azad edilmiş ərazilərin bərpası nəticələrinə heyran qalıb.

"Laçın bərpadan sonra Şuşa kimi çox gözəl görünür. Azərbaycan görülən işlərlə, hər şeyin necə tez bərpa olunması ilə, həmçinin insanların öz evlərinə qayıtması istiqamətində göstərilən səylərlə fəxr edə bilər. Bu, alqışa layiqdir", - o deyib.

Kaveni həmçinin Zəngilan rayonunda yaradılmış yeni infrastrukturu yüksək qiymətləndirib. Yeni yollar, hava limanı və yaşayış binaları onda xüsusi təəssürat yaradıb.

"Biz hava limanının yanından keçdik, o, möhtəşəm görünür. Ümid edirəm ki, buraya çoxlu insan gələcək. Zəngilanın əsas küçəsi boyunca yerləşən çoxmənzilli binalar da inanılmaz görünür. Bu, bərpanın gözəl nümunəsidir", - səyyah vurğulayıb.

Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.

Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər daxil olmaqla 13 ölkədən 40-a yaxın şəxs var.

Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.

Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Sosial şəbəkələrdə paylaşın Скопировано Форест Кавени: Азербайджан может гордиться проделанной работой в Карабахе и Восточном Зангезуре US traveler praises reconstruction efforts in Karabakh and East Zangazur --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:36 İsmayıllıda ev və köməkçi tikili yanıb Hadisə 12:23 Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb Fərdi 12:08 Foto İvan Bednarik: "Çexiya Azərbaycanla vahid tariflər və multimodal daşımaları müzakirə etməyə hazırdır" - MÜSAHİBƏ İnfrastruktur 12:06 Video Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi Daxili siyasət 11:58 ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb Digər ölkələr 11:49 Şərqi Zəngəzurda sənaye istehsalının dəyəri son 3 ildə 12 dəfə artıb Sənaye 11:47 Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə start verib Fərdi 11:36 Foto İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Laçında olublar Xarici siyasət 11:35 Foto Bakıda Azərbaycan Pencak Silat İcmasının açılışı olub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə