Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək Fərdi 28 oktyabr, 2026 05:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanaraq beşqat dünya çempionu olan Eldəniz Əzizli yarışla bağlı təəssüratlarını bölüşüb.
"Report" xəbər verir ki, idmançı Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının Qazaxıstanın paytaxtında keçirilən dünya çempionatını ikinci sırada başa vurmasını böyük nəticə adlandırıb.
"Beşqat dünya çempionu olduğum üçün çox sevincliyəm. Bütün bunlara baxmayaraq, bizi qarşıda çox mötəbər yarışlar gözləyir. Ona görə də mövcud səhvləri aradan qaldırıb, yeni ildən daha uğurlu nəticələr qazanmağa çalışacağıq", – deyə idmançı qeyd edib.
Eldəniz Əzizli karyerası ilə bağlı məsələyə də aydınlıq gətirib. O, gələcək karyerası ilə bağlı qərarın şəxsi məşqçisi, milli komandanın baş məşqçisi və federasiya rəhbərliyi ilə birgə veriləcəyini bildirib.
"Düşünürəm ki, yarış başa çatdıqdan sonra yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək", – deyə o vurğulayıb.
Güləşçi dünya çempionatında qarşılaşdığı rəqiblərin gənc idmançılar olduğunu söyləyib. Bununla belə, o, dünya çempionatında zəif görüşlərin olmadığını qeyd edib.
"Ümumiyyətlə, dünya çempionatında zəif keçən görüş olmur. Amma mənim üçün ən maraqlı qarşılaşma final görüşüm olub", – deyə Eldəniz Əzizli əlavə edib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif İlqar Abdullayev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Эльдяниз Азизли рассказал, когда примет решение о продолжении карьеры --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 06:14 Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər Fərdi 05:41 ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib Digər ölkələr 05:28 Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam Fərdi 05:16 Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək Fərdi 04:31 Foto Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Komanda 04:16 Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb Digər ölkələr 03:36 Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq Digər ölkələr 03:08 Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb Futbol 02:31 Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.