Futbol · APA Sport
“Nyukasl” “Tottenhem”i son piləyə yolladı

İngiltərə Premyer Liqasında II tur davam edir.
Apasport.az xəbər verir ki, günün növbəti matçı Londonda baş tutub.
"Tottenhem" "Nyukasl Yunayted"i qəbul edib.
İlk hissə qolsuz bərabərliklə nəticələnib. Hesab ikinci yarıda açılıb. Entoni Elanqa fərqlənib. Çox keçmədən Yoane Uissa "sağsağanlar"a qələbəni gətirən qolu vurub - 2:0.
Bu nəticədən sonra "Nyukasl" 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində xal olmayan "Tottenhem" isə sonuncu pillədə yer alıb.