Digər · APA Sport
Azərbaycanlı nümayəndə “Betis”in matçında

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turunda keçiriləcək "Lill" (Fransa) – "Betis" (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Oyun sentyabrın 9-da Fransanın Lill şəhərində yerləşən "Domen de Luşen Təlim Mərkəzi" stadionunda təşkil olunacaq.