Basketbol · APA Sport
“Gəncə”də yeni müqavilə - RƏSMİ

“Gəncə” basketbol klubunda yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, komanda əməkdar məşqçi Rizvan Səfərovla anlaşıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rizvan Səfərov "Gəncə" basketbol komandasının yarandığı gündən klubun məşqçilər korpusunda yer alıb.