İdman24
Digər · APA Sport

Çarlz Conson: Bakı xalqı çox gözəldir

“Rəqibi nakaut etməyə hazır olacam”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri UFC döyüşçüsü Çarlz Conson deyib.

O, Bakıda keçiriləcək döyüş gecəsi ilə bağlı fikirlərini bölüşüb: “Təxminən gecə saat 1-də Bakıya endim. Orada məni bir qrup uşaq gözləyirdi. ABŞ-də olduğu kimi, burada da eyni formada qarşılandım. Bu, möhtəşəm idi”.

Conson ardıcıl 3-cü dəfə qazaxıstanlı idmançı ilə döyüşməyindən danışıb: “Mən onlara çox hörmətlə yanaşıram. Hətta bir dəfə qazaxıstanlı azarkeşlərlə görüşmüşdüm. Onlar mənə bildirmişdilər ki, “artıq bizim döyüşçüləri döymə” (gülür). Lakin bu, belə deyil. Asu Almabayev güclü döyüşçüdür”.

O, peşəkar boksla məşğul olmasından söz açıb: “Həmin dövrlərdə məni idman sənəti maraqlandırırdı. Orada bir sıra yüksək keyfiyyətli döyüşçülərlə mübarizə aparmışam. Lakin bu, mənim gənclik illərimə təsəvvür edirdi. Əslində, yalnız boksla yox, Taylandda muay-tayla da məşğul olmuşam. Qraplinqdə özümə güvənirəm”.

Çarlz Bakı və Azərbaycan mətbəxi barədə fikirlərini bildirib: “Yeməklərinizin dadına baxa bilmədim. Döyüşdən öncə yalnız xüsusi yeməklər yeyə bilərik. Lakin döyüşdən sonra yeməklərinizi yoxlayacam. Bu şəhərin insanları çox gözəldir”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə