Digər · APA Sport
Panama antirekorda imza atdı - 16 ildən sonra ilk

Panama millisi DÇ-2026-nı arzuolunmaz göstərici ilə başa vurub.
Apasport.az xəbər verir ki, Mərkəzi Amerika təmsilçisi turnirdə keçirdiyi üç oyunun heç birində rəqib qapısına yol tapa bilməyib.
Beləliklə, Panama 2010-cu il dünya çempionatında Əlcəzairdən sonra mundialı qol vurmadan başa vuran ilk yığma olub.
Qeyd edək ki, Panama DÇ-2026-da İngiltərəyə 0:2, Xorvatiyaya 0:1 və Qanaya 0:1 hesabı ilə uduzaraq qrupu xalsız və qolsuz sonuncu pillədə başa vurub.