Fərid Ələkbərov: "Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 27° C USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Fərid Ələkbərov: "Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik" Futbol 15 sentyabr, 2026 13:30 "Araz-Naxçıvan" futzal klubunun məşqçisi Fərid Ələkbərovun əsas hədəfi komandanı yenidən Azərbaycan millisinin bazasına çevirməkdir.
"Report" xəbər verir ki, mütəxəssis bunu Azərbaycan Futzal Federasiyasına açıqlamasında deyib.
O, komandanın hazırlıq prosesi və heyətin komplektləşdirilməsi barədə danışıb:
"Hazırlığa bir neçə gündür başlamışıq. Fiziki və taktiki plan üzrə məşqlər keçirik. Çempion heyətdən çox az sayda futzalçı qalıb, komandanı demək olar ki, yenidən qururuq. Əsasən yerli oyunçularla danışıqlar aparırıq. İstəyirik ki, "Araz-Naxçıvan"ı əvvəlki illərdə olduğu kimi, yenidən Azərbaycan millisinin bazasına çevirək. Transfer fəaliyyətini də bu istiqamətdə qurmuşuq. Artıq Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Eldar Zeynalov və gənclər millisinin üzvü Rəvan Məşiyevlə anlaşmışıq. Bu futzalçılar müxtəlif illərdə klubda çıxış ediblər. Emin Kürdov və Ədalət Ələkbərov da komandadadır. Bir neçə oyunçu ilə danışıqlar davam edir, baxışda olanlar da var".
Mütəxəssis əcnəbi futzalçıların transferinə də toxunub:
"Heyətdə əcnəbilər də yer alacaq, ancaq maksimum iki-üç legioner transfer edəcəyik. Çalışacağıq ki, daha çox milli üzvlərini cəlb edək. Təbii ki, büdcənin də təsiri var. Az büdcə ilə çox iş görməyə çalışacağıq. İşləri düzgün qura bilsək, sponsor sonrakı mərhələdə maliyyəni artıra bilər. Əsas odur ki, "Araz-Naxçıvan" yaşayır və yaşayacaq. Futzalçıların əksəriyyəti millinin düşərgəsində olacaq. Çempionlar Liqasının oyunlarından əvvəl yığmanın Çexiya ilə matçı var. Bu, bir növ komandanın xeyrinə olacaq və oyunçular daha hazır vəziyyətə gələcəklər".
O, qrupdakı rəqibləri də dəyərləndirib:
"Əsas mərhələdə zəif rəqib olmur. Kimin necə hazırlaşmasından çox şey asılıdır. Rəqiblərimiz kifayət qədər güclüdür. Meydan sahibi "Piast" tarixinin ən böyük büdcəsinə sahibdir və legionerlərlə güclənib. "Buba Mara"nın oyunlarını izləmişik, hazırlıqlı komandadır. "Uypest" də çətin, rəqabətli çempionatın qalibi olub. Üstəlik, hər üç ölkədə çempionat başlayıb. Bu isə rəqiblərin oyun təcrübəsi baxımından inkişaf etməsinə kömək edir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. "Araz-Naxçıvan" hər zaman iddialı olub və yüksək yerlər uğrunda mübarizə aparıb. Bu gün reallıq bir qədər fərqlidir, ancaq uğur qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarını oktyabrın 27-dən 30-dək Polşada keçirəcək. Komanda qrupda "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) komandaları ilə münasibətlərə aydınlıq gətirəcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 14:13 Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər Region 14:09 Münhen və Barselona UEFA Çempionlar Liqasının final matçlarına ev sahibliyi edəcək Futbol 14:04 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Daxili siyasət 14:03 Məhkəməyə aid olmayan mübahisəni aşkar edən hakimin addımları dəqiqləşdirilir Daxili siyasət 14:03 Foto "TuranBank" "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb Maliyyə 14:01 "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik edilir Daxili siyasət 14:00 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmləri gücləndirilir Daxili siyasət 14:00 Diplomatlar və əcnəbi nümayəndələr Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar Xarici siyasət 14:00 Azərbaycanda borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.