"Xankəndi" futbol komandasının doğma şəhərinə köçürülməsi planlaşdırılır

İlham Əliyev COP31 Bakı 12° C USD - 1.700 EUR - 1.898 TRY - 0.034 GEL - 0.656 RUB - 0.020 UAH - 0.037 AZ RU EN İlham Əliyev COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Xankəndi" futbol komandasının doğma şəhərinə köçürülməsi planlaşdırılır Futbol 11 noyabr, 2026 12:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Xankəndi" Futbol Klubunun əsas hədəflərindən biri komandanın fəaliyyətini daimi olaraq Xankəndi şəhərində təşkil etməkdir.
Bu barədə "Report" a bölgə təmsilçisindən məlumat verilib.
Klubun maddi-texniki bazasının formalaşdırılması və müvafiq infrastrukturun yaradılmasından sonra komandanın doğma şəhərinə köçürülməsi nəzərdə tutulur.
Hazırda Xankəndidə komandanın daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakı şəhərində davam etdirirlər. Bu səbəbdən komanda hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcək.
Klub rəhbərliyi tərəfindən Xankəndi şəhər nümayəndəliyi ilə müvafiq məsələlər üzrə əlaqələrin qurulması, komandanın yerləşməsi üçün binanın müəyyənləşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır.
İlkin plana əsasən, zəruri təşkilati və infrastruktur məsələləri həll olunduqdan sonra, qış mövsümündən sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı müvafiq şəraitin yaradılmasından asılı olacaq.
Qeyd edək ki, "Xankəndi" FK üçün əsas prioritetlərdən biri yalnız ev oyunlarını doğma meydanda keçirmək deyil, həm də klubun gündəlik fəaliyyətini Xankəndidə qurmaq, şəhərin idman həyatına inteqrasiya olunmaq və bölgədə futbolun inkişafına uzunmüddətli töhfə verməkdir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.898 TRY - 0.034 GEL - 0.656 RUB - 0.020 UAH - 0.037 Bakı 12° C Son xəbərlər 16:19 Foto "Qızların Təhsilinə Dəstək" layihəsi çərçivəsində təltifetmə mərasimi olub Elm və təhsil 16:19 MKA: "Azparking" adından fişinq hücumları var İKT 16:14 Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var - Əlavə olunub Hadisə 16:08 Yuri Qusev: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur Xarici siyasət 16:02 Zorin: Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi 2-3 həftə ərzində baş tuta bilər Region 16:01 Foto Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib Biznes 15:57 Azərbaycanın U-19 millisi Monteneqroya uduzub Futbol 15:56 Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verib Futbol 15:54 "Birbank Taksit" kartı ilə noyabr alış-verişlərinə əlavə 5 % bonus Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.