Mahir Məmmədov: "FIDE-də vitse-prezident seçilməyim Azərbaycanın idmana diqqətinin göstəricisidir"

İlham Əliyev Zəfərə gedən yol Bakı 24° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Mahir Məmmədov: "FIDE-də vitse-prezident seçilməyim Azərbaycanın idmana diqqətinin göstəricisidir" Futbol 29 sentyabr, 2026 15:12 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Mahir Məmmədovun üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti seçilməsi Azərbaycanın idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti bu barədə "Report" a açıqlamasında bildirib.
M.Məmmədov FIDE-də üçüncü dəfə bu vəzifəyə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Beynəlxalq Şahmat Federasiyasının Səmərqənddə keçirilən Konqresində üçüncü dəfə vitse-prezident vəzifəsinə seçilmək təkcə mənim yox, bütövlükdə Azərbaycan şahmat məktəbinə və dövlətimizin idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir. Bu etimadı doğrultmaq mənim üçün böyük fəxr və məsuliyyətdir".
O, qarşıdakı dönəmdə məqsədlərindən söz açıb:
"Yeni seçilən FIDE prezidenti Timur Turlov ilə birlikdə növbəti 4 il üçün qarşıya qoyduğumuz bir sıra məqsədlər var. Birincisi, şahmatın coğrafiyasını genişləndirmək, müasir texnologiyalar və rəqəmsal platformalar vasitəsilə oyunu gənclər üçün daha əlçatan etməkdir. İkincisi, dünyada şahmatın məktəblərə inteqrasiyası proqramlarını gücləndirmək, intellektual nəslin yetişməsinə töhfə verməkdir. Üçüncüsü, inovativ layihələrlə qadınların həm peşəkar şahmatda, həm də idarəçilikdə rolunu və dəstəyini artırmaqdır. Azərbaycan olaraq həm ölkəmizdə, həm də dünya miqyasında şahmatın inkişafı və bu hədəflərin reallaşması üçün fəal işimizi davam etdirəcəyik".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 15:39 Foto Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Mədəniyyət siyasəti 15:39 Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq Ekologiya 15:36 Foto Zaur Mikayılov Samuxda vətəndaşları qəbul edib İnfrastruktur 15:32 Azərbaycan Su İdmanı Federasiyasının yeni loqosu təqdim olunub Fərdi 15:32 Azərbaycanda torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb İnfrastruktur 15:25 Myanmada bazar yaxınlığına endirilən aviazərbə nəticəsində 49 nəfər ölüb Digər ölkələr 15:24 "Azərpambıq" ixrac gəlirlərini 77 %-ə yaxın artırıb ASK 15:15 Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib İKT 15:15 Foto Azərbaycan məhsulları "The Saudi Food Show 2026" sərgisində nümayiş olunur Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.