İdman24
Futbol · APA Sport

Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu

Lionel Messi daha bir klubda prezident vəzifəsini icra edəcək.

Apasport.az xəbər verir ki, 39 yaşlı argentinalı ulduz İspaniyanın II Liqa təmsilçilərindən “Eldense” klubunu satın alıb.

Klub bu barədə rəsmi məlumat yayıb.

Messi əvvəlki əsas səhmdara məxsus bütün səhmləri alaraq klubun tamhüquqlu nəzarətinə sahib çıxıb.

Razılaşmanın qüvvəyə minməsi üçün İspaniyanın Ali İdman Şurasının təsdiqi tələb olunur.

1921-ci ildə yaradılan “Eldense” Alikante əyalətinin Elda şəhərini təmsil edir. Klub yeni sahiblik dövrünün idman, institusional və sosial inkişafı əhatə edən uzunmüddətli layihənin başlanğıcı olacağını açıqlayıb.

Qeyd edək ki, bu, Messinin 2026-cı ildə İspaniyada aldığı ikinci klubdur. Argentina millisinin sabiq kapitanı apreldə Kataloniyanın “Kornelya” klubunu da satın almışdı.

Orijinal mənbə

İdman24 əsas səhifə