İdman24
Digər · APA Sport

“Komo” bombardiri ilə müqaviləni yenilədi

İtaliyanın “Komo” klubu hücumçusu Anastasios Duvikasla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, yunanıstanlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

2025-ci ilin fevralından “Komo”nun formasını geyinən Duvikas indiyədək komandanın heyətində 68 matça çıxıb, 27 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, hücumçu ötən mövsüm 14 qolla komandasının ən yaxşı bombardiri olub. O, A Seriyasının bombardirləri siyahısında yalnız “İnter”in futbolçusu Lautaro Martinesdən (17 qol) geri qalaraq ikinci pillədə qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə