Lisandro Martines işlətdiyi ifadələrə görə "Mançester Yunayted" rəhbərliyindən üzr istəyib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Lisandro Martines işlətdiyi ifadələrə görə "Mançester Yunayted" rəhbərliyindən üzr istəyib Futbol 15 oktyabr, 2026 22:57 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubunun argentinalı müdafiəçisi Lisandro Martines rəhbərliklə görüşərək səsləndirdiyi fikirlərə görə üzr istəyib.
"Report" xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Qırmızı şeytanlar" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda İspaniyanın "Atletiko" klubuna 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra Martines komandada kifayət qədər güclü futbolçunun olmamasına görə klub rəhbərliyini və idman direktorunu tənqid edib.
Argentinalı müdafiəçi rəhbərlik və baş məşqçi ilə görüşünün müsbət keçdiyini bildirib:
"Bu gün klub rəhbərliyi və baş məşqçi ilə görüşdüm. Çox müsbət söhbətimiz oldu, fikir mübadiləsi apardıq və çərşənbə axşamı keçirilən oyundan sonra baş verənləri açıq şəkildə müzakirə etdik.
Hamı bilir ki, mən emosional insanam və futbolla yaşayıram. Məğlubiyyətin yaratdığı məyusluq hissini, bəlkə də, uyğun olmayan vaxtda və yerdə ifadə etməyimə səbəb oldu. Buna görə üzr istəyirəm. Kollektivimiz birlikdə hərəkət etdikdə daha yaxşı nəticələr göstərir. Həmin an səsləndirdiyim fikirlərin bu birliyə töhfə vermədiyini qəbul edirəm".
Qeyd edək ki, Lisandro Martines 2022-ci ildən İngiltərə Premyer Liqası təmsilçisinin formasını geyinir.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Защитник "Манчестер Юнайтед" извинился за критику руководства клуба --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 00:25 Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək Maliyyə 00:18 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Maliyyə 00:04 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Maliyyə 23:54 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Xarici siyasət 23:43 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb Maliyyə 23:32 Tramp: Latın Amerikasında narkokartel obyektlərinə zərbələr gücləndiriləcək Digər ölkələr 23:19 İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib Region 23:06 Foto Sabirabadda narın məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb ASK 22:57 Lisandro Martines işlətdiyi ifadələrə görə "Mançester Yunayted" rəhbərliyindən üzr istəyib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.