Tacikistan millisinin baş məşqçisi İqor Angelovski: "Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq"

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 27° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Tacikistan millisinin baş məşqçisi İqor Angelovski: "Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq" Futbol 22 sentyabr, 2026 17:23 Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq.
"Report" xəbər verir ki, bunu Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı şimali makedoniyalı mütəxəssis qələbə qazanmağa kökləndiklərini söyləyib:
"Bakıda olmaqdan dolayı çox məmnunam. Ev sahibi komanda bizə hər cür şərait yaradıb. Sabah bizi Azərbaycanla maraqlı qarşılaşma gözləyir".
O, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb:
"Qarşıda bizi Azərbaycandan başqa, Çin və Fələstinlə də oyunlar gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Azərbaycan yaxşı komandadır. Sizin yığma Millətlər Liqasında D qrupunda olmağa layiq deyil".
İ.Angelovski nəticəyə önəm verdiklərini bildirib:
"Yoldaşlıq görüşü olsa da, nəticəni önəmli hesab edirik. Çalışacağıq ki, Tacikistan millisinin azarkeşlərini sevindirək. "Turan Tovuz"un qapıçısı Oleq Baklovun sabahkı görüşdə meydana çıxıb-çıxmayacağını isə indidən deyə bilmərəm".
Mütəxəssis Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışına da toxunub:
"Sabah" klubunu və baş məşqçisi Valdas Dambrauskası uğurlu nəticələrə görə təbrik edirəm. Eyni uğuru ötən il "Qarabağ" qazanmışdı. Təəssüf ki, klub səviyyəsində qazanılan qələbələr milli komandanın nəticələrində əksini tapmır".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 18:58 Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır İnfrastruktur 18:57 Pakistan təhlükəsizlik qüvvələri 6 yaraqlını öldürüb Digər ölkələr 18:51 Xamenei ABŞ və İsrailə qarşı mübarizədə elmin rolunu qabardıb Region 18:43 Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib Xarici siyasət 18:35 Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb Region 18:29 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Sənaye 18:24 SEPAH: Hörmüz boğazında müharibə davam edir Region 18:14 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Xarici siyasət 18:11 Foto Rövşən Rzayev vətəndaş qəbulu keçirib Sosial müdafiə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.