Digər · APA Sport
Lemina daha 2 il “Qalatasaray”da

"Qalatasaray" futbolçusu Mario Lemina ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, qabonlu yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 32 yaşlı oyunçu daha 2 il "sarı-qırmızılılar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Lemina ötən ilin fevral ayından "Qalatasaray"da çıxış edir.