Ervins Perkons: “Hamı buna inanırdı”

Misli Premyer Liqasının XII turunda "İmişli" "Zirə"ni qəbul edib - 2:2.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin məşqçisi Ervins Perkonsun mətbuat konfransı keçirilib.
"İki fərqli hissə oldu. İlk yarı istədiyimiz kimi olmadı. Hücumda təzyiq göstərə bilmədik. Oyunçular üzərlərinə düşən fiziki tapşırığı tam yetirə yetirə bilmədilər. Taktiki səhvlər də var idi. İkinci hissə daha yaxşı idik. Sonradan meydana girən futbolçular oyunumuza güc qatdılar. Taktiki düzülüşü dəyişdik. Onların sayəsində daha yaxşı oynadıq. Hesabda geridə olanda ruhdan düşmədik. Bilirdik ki, qol vura bilərik. Hamı buna inanırdı. Buna görə də qol vurduq. Minimum 1 xal qazanmağa layiq idik. Təbii ki, məqsədimiz 3 xal qazanmaq idi. Amma oyunun gedişatına görə 1 xal da pis nəticə deyil".
- "İmişli" yeganə komandadır ki, milli komandaya futbolçusu çağırılmayıb. Sizcə, komandanızda milliyə layiq futbolçular var?
- Millinin baş məşqçisinin öz qərarları var. kimin çağırılacağını o müəyyən edir. Komandamızda olan yerli futbolçuların hamısı yığmaya çağırılmağa namizəddir. Bu gün start heyətində yer alan oyunçular millidə oynamaq potensialına malikdirlər. İkinci hissədəki oyunu göstərsələr, öz üzərlərində işləsələr, yığmaya çağırıla bilərlər. Milli komandanın baş məşqçisi ilə bu barədə danışmamışam. Amma futbolçularla danışmışam. Onlara demişəm ki, milliyə çağırılmamağınız sizin üçün motivasiya olmalıdır. Hər oyunda səy göstərmək, bütün gücü meydanda qoymaq lazımdır. Həmçinin stabil oynamaq lazımdır.