Formula 1 · F-1.az
O.Berman: Ferrari-də yer üçün illərlə gözləmək istəmirəm

Oliver Börman bir neçə dəfə bildirib ki, Haas-dan sonra karyerasını Ferrari-də davam etdirmək istəyir və digər komandaların təkliflərini nəzərdən keçirməyə hazır deyil. Lakin Beyond the Grid podkastının son buraxılışında gənc sürücü deyib ki, mövsümün ilk yarısında Lyuis Həmiltonun uğurları Skuderiyada vakansiyanın yaranma ehtimalını xeyli azaldıb, buna görə də Oliver titul uğrunda mübarizə aparmaq imkanı verəcək başqa komandaya qoşulmağa hazırdır.