İdman24
Futbol · Report İdman

Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi"

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.863 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Futbol 26 noyabr, 2026 11:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la oyunda çox əziyyət çəkdiklərini etiraf edib.

Bunu "Report" a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Bakı təmsilçisinin güclü rəqiblərə qarşı layiqli mübarizə apardığını bildirib:

"Sabah" bu turnirdə ilk dəfə çıxış edir. Rəqiblər də həqiqətən olduqca güclüdürlər. Buna baxmayaraq, komanda çox inamlı oynayır. Bu sözləri hətta səfərdə böyük hesabla uduzduqları "Mançester Yunayted"lə görüşə də aid etmək olar. Orada da qol imkanları çox idi, təəssüf ki, istifadə edə bilmədilər. "Barselona" ilə oyuna gəlincə, bu gün futbolda tam güclə oynamadan, rahat çıxıb qələbə qazanmaq anlayışı yoxdur. Rəqibin baş məşqçisi və futbolçuları da matçdan sonra mətbuata açıqlamalarında çox əziyyət çəkdiklərini etiraf etdilər. İlk dəqiqələrdə, birinci hissədəki oyuna baxsaq, məşqçiləri də çox əsəbi idi, istəkləri alınmırdı. "Sabah" onlara imkan vermirdi və həmin ərəfədə 2 real qol epizodu yarandı. Bəlkə də həmin hücumlar qolla nəticələnsəydi, görüş başqa cür davam edə bilərdi. Buna baxmayaraq, "Barselona" təcrübəlidir. Belə uzaq səfərlərə gəlməyi çox xoşlamasalar da, futbolçular öz səviyyələrini ortaya qoydular. Fərdi keyfiyyət öz sözünü dedi. Bəlkə də cüzi, individual səhvlər var idi ki, bunlara yol verilməməli idi. Birinci qola baxsaq, orada böyük təhlükə yox idi, sadəcə, cinahdan asmadan sonra qapıçının qaytardığı top rəqibdə qaldı. Bunlar da ustalıq göstəricisidir, qarşıdakı komanda "Barselona"dır".

A.Abbasov "Sabah"ın uzunillik zəhmətin bəhrəsini gördüyünü və bu yarışda böyük təcrübə topladığını vurğulayıb:

""Sabah" bu il ən yaxşısını edib. Klub olaraq Çempionlar Liqasına vəsiqə qazanıblar və neçə ildir qurulan işin bəhrəsini görürlər. Komandanın hansı yollardan keçdiyinə, nələrə dözdüyünə, nələri düz etdiyinə və 9-10 il ərzində bu səviyyəyə çatdığına fərqli prizmadan yanaşmaq lazımdır. Bu, Azərbaycanın digər klublarına da nümunə olmalıdır. Demək ki, hər şey mümkündür. "Sabah" bu mövsüm təcrübə qazanır, əldə olunan istənilən xal isə bonusdur. Məncə, bu kollektiv böyüyür, futbolçular da bu turnirdə inkişaf edəcəklər. Gələcəkdə bunun faydasını görəcək və daha münasib rəqiblərlə matçlarda yaxşı çıxış edəcəklər".

Millinin baş məşqçisi paytaxtdakı oyun atmosferini və təşkilatçılığı da yüksək qiymətləndirib:

"Dünən stadionda əsl futbol ab-havası var idi, böyük komandaların gəlişi azarkeşlər üçün də maraqlı oldu. Azərbaycan tanındı. Özüm də arenada idim və yaxın ölkələrdən nə qədər tərəfdarın gəldiyini gördüm. Belə geniş azarkeş kütləsini cəlb etmək oyunun təşkilatçılarının mühüm nailiyyətidir. Uğurlar arzulayıram, inanıram ki, "Sabah" bu görüşlərdən böyük təcrübə qazandı".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisi turnirdə növbəti görüşünü dekabrın 8-də İspaniyada "Vilyarreal" komandasına qarşı keçirəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.863 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 20:39 Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endiriblər Digər ölkələr 20:32 Foto Mətbuat Şurasında dezinformasiya və manipulyasiya təmayülləri müzakirə edilib Media 20:14 Foto Video Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Daxili siyasət 20:12 PSJ-nin qapıçısı Luka Şevalye klubu tərk etməyi düşünür Futbol 20:05 Tramp Putini Avropada "hərbi təcavüzü" dayandırmağa çağırıb Digər ölkələr 20:01 SOCAR-da I yarımilin maliyyə və əməliyyat nəticələri müzakirə edilib Energetika 19:38 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Region 19:30 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Xarici siyasət 19:27 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə