Valdas Dambrauskas: DOMİNANT VƏ İSTƏKLİ TƏRƏF BİZ İDİK

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u məğlub edib - 4:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
“Oyuna görə futbolçularımla fəxr edirəm. Bu qələbədə hər kəsin payı var. Danimarkadakı məğlubiyyətdən sonra çox şey əldə etmişdik. Bu gün detallar önəmli oldu. Səhvlərindən dərs çıxaran komanda meydandan qalib ayrıldı. İlk hissədə rəqibin yalnız bir epizodu oldu. Onu da qapıçımız dəf etdi. Dominant və istəkli tərəf biz idik. Rəqibin təzyiqi olsa da, oyunun ritmini əlimizdə saxladıq. İlk qoldan sonra müqaviməti qırmağı bacardıq və davamı gəldi. Bu gün qələbəni qeyd edəcəyik. Qarşıda bizi çox sıx qrafik gözləyir. Yaxşı bərpa olunmalıyıq".
- Rəqib olaraq kimin gəlməsini istəyərsiniz, "Srvena Zvezda", yoxsa "Hapoel Beer Şeva"? - Bunu müzakirə etmək istəmirəm. Kimin rəqib olmasının yaxşı olacağını bilmirik. Hazırda çempionatı düşünürük. "Kəpəz" yenilənmiş komandadır.
- "Sabah" bu mövsüm ev oyunlarında qol buraxmayıb. Bunun xüsusi səbəbi var? - Bunun xüsusi bir səbəbi yoxdur. İlk dəqiqələrdən etibarən dominant tərəf olmağa çalışırıq. Qol vurmaqdan doymuruq. Bu gün boşluqlardan yararlanıb daha çox qol vura bilərdik.