İdman24
Futbol · APA Sport

“Zirə”dən ayrılan Konate Kipr klubunda

“Zirə”dən ayrılan Brahim Konate karyerasını Kiprdə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Nea Salamina” ilə anlaşıb.

Fransalı futbolçu avqustun əvvəlində “Zirə” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmişdi.

Konate Azərbaycanda “Zirə” ilə yanaşı, “Şamaxı”nın da formasını geyinib. O, karyerası ərzində Fransanın “Oser” və “Nior”, İspaniyanın “Fuenlabrada” və “Rayo Majadahonda”, Litvanın “Kauno Jalgiris”, İsrailin “Hapoel Afula” klublarında çıxış edib.

Qeyd edək ki, Brahim Konate 2025-ci ilin yayında “Şamaxı”dan “Zirə”yə keçmişdi.

Orijinal mənbə

İdman24 əsas səhifə