İdman24
Futbol · Report İdman

XTQ-nin keçmiş kəşfiyyat rəisi: Hər kəsin arzusu Şuşanı azad etmək idi - Müsahibə

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 17° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika XTQ-nin keçmiş kəşfiyyat rəisi: Hər kəsin arzusu Şuşanı azad etmək idi - Müsahibə Qarabağ 07 noyabr, 2026 13:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Bəzi insanlar var ki, onlarla tanışlıq və söhbət adi bir müsahibə çərçivəsinə sığmır, illər keçsə də, qürurla xatırlayacağın, yaddaşında xüsusi yer tutan bir xatirəyə çevrilir. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş kəşfiyyat rəisi, ehtiyatda olan polkovnik Eldəniz Namazovla söhbət də məhz belə xatirələrdəndir.

Keçdiyi yola ehtiram duyduğumuz, varlığı ilə qürur hissi yaşadığımız, yaşadıqları və şahidi olduqları ilə tariximizin canlı səhifələrini bu günə daşıyan qəhrəmanlarla söhbət etmək hər kəsə nəsib olmur. Hələ bu söhbətin ünvanı onların qarış-qarış azadlığına qovuşdurduqları torpaqlar, uğrunda mübarizə apardıqları Şuşadırsa...

Səhər saat 7-dir. Müsahibimlə birlikdə Şuşaya doğru yola çıxırıq. Bu dəfə söhbətimiz dörd divar arasında deyil, Zəfər yolunda, azadlığına qovuşmuş torpaqlarımızın qoynunda davam edəcək. Bir neçə saat sonra Füzuliyə çatırıq. Yol boyu Qarabağa, keçmişə, xatirələrə dair danışdıqlarımızın arasında müsahibimin asta, bir qədər də kövrək səslə dediyi bir cümlə diqqətimi çəkir - "Siz mənə dünyaları verdiniz... Bir müddətdir, Qarabağa gəlmirdim".

Bu sözlərdən sonra yolun mənim üçün də başqa bir məna daşıdığını hiss edirəm. Qarşımda sadəcə keçmiş döyüş yolunu danışacaq bir müsahib deyil, illər sonra doğma torpaqlara qayıdışın sevincini yaşayan, xatirələri bu yolların hər qarışına bağlı olan bir insan var. İlk sualımı da məhz bu hisslərin içində, Füzulidə, Zəfər yolunun üzərində ünvanlayıram.

- Altı il əvvəl azadlığı uğrunda mübarizə apardığınız Füzuli ilə bu gün yenidən qarşılaşırsınız. Bu illər ərzində dəyişən mənzərə sizdə hansı duyğuları yaradır?

- Biz buraya daxil olanda ərazi tamamilə fərqli idi. Düşmənin yad torpaqda olduğu ilk gündən hiss olunurdu, ona görə ki, daş üstə daş qoymamışdılar. Mən Füzulini əvvəlki dövründə olduğu kimi, böyük və gözəl bir şəhər kimi təsəvvür edirdim. Ancaq şəhər tamamilə xarabalığa çevrilmişdi. İndi isə hər şey dəyişib. Artıq abadlaşan Füzuli şəhəri var. İnsan fəxrlə baxır, qürur duyur. Torpağımız çiçəklənir.

- Cənab polkovnik, altı il əvvələ qayıdaq. Müharibənin başladığı və sizin irəli addımladığınız günü necə xatırlayırsınız?

- Sentyabrın 27-də ilk dəfə qüvvələrimizin tərkibində Murovdağ istiqamətində döyüşlərə qatıldım. Səhər saat 07:30-da aviasiya və artilleriya atəşi ilə müharibə başladı. İnanın ki, ilk atəşlərdən dərhal sonra müharibənin başladığını hiss etdik. Sevincimizdən az qala göylərə uçurduq, çünki bu bizim haqq işimiz idi. Mən o tarixi möhtəşəm gün adlandırardım.

XTQ-nin keçmiş kəşfiyyat rəisi: Hər kəsin arzusu Şuşanı azad etmək idi - Müsahibə

- 44 günlük Vətən müharibəsində müharibənin taleyinə təsir edən mühüm döyüşlər yaşandı. Düşmənə ağır zərbə vurulan, yaddaşınızda iz qoyan belə döyüş lərdən hansını xatırlaya bilərsiniz?

- Oktyabrın 5-də artıq Füzuli-Cəbrayıl istiqamətində idik. Cəbrayılın işğaldan azad edilməsindən cəmi bir gün keçmişdi. Uğurlarımızı, Azərbaycan Ordusunun irəliləyişini gördükcə ruh yüksəkliyimiz daha da artırdı. Əlbəttə, qarşımızda müəyyən hədəflər var idi. Bir neçə şəhərin, rayonun və ya kəndin azad olunması Qarabağın tam azadlığı demək deyildi. Məqsədimiz bütün Qarabağı azad etmək idi.

Bütün fəaliyyətlərimizi də bu istiqamətdə qurmuşduq. Oktyabrın 5-də tapşırıq aldım. Cəbrayıldan Dağ Tumas və Dördyol həddindən Mincivan istiqamətində irəliləməli idik. Əsas məqsədimiz Qubadlı və Laçın istiqamətində, Arazqırağı ərazilər boyunca irəliləmək idi. Həmin istiqamətdə düşmənin böyük müqaviməti ilə qarşılaşmışdıq.

Bütün planlamalar aparılmışdı. "Yaşma" briqadasının Xüsusi Təyinatlı Qüvvələrinin 4-cü taboru avanqard taborun tərkibində hərəkət etməli idi. Biz də həmin taborla birlikdə fəaliyyət göstərməli idik. Eyni zamanda, sərəncamımıza dörd tankdan ibarət bir taqım verilmişdi. Məqsədimiz düşmənin müqavimət ocağına doğru irəliləmək, onu aşkar edərək məhv etmək idi.

Həmçinin, düşmən qüvvələri avtomatik olaraq bizim bölmələrimizin, xüsusilə də həmin taborun fəaliyyətinə qarşı cavab verməli idi. Bu baxımdan, həmin əməliyyat bir növ kəşfiyyat xarakteri də daşıyırdı. Düşmənin gizlədilmiş mövqelərini, əsas silahlarını və atəş açacağı istiqamətləri müəyyənləşdirməli, daha sonra digər qoşun növlərinin köməyi ilə həmin hədəfləri məhv edərək yaranmış vəziyyətdən istifadə etməli idik. Bu məqsədlə hazırlıqlar gedirdi.

Maskalanaraq ərazidə yerləşmişdik və düşmənin bizim mövqeyimizdən xəbəri yox idi. Oktyabrın 7-si idi. Səhər saat 10 radələrində artıq əmrin veriləcəyini gözləyirdik. Həmin vaxt yuxarı rəhbərlik rabitə vasitəsilə əlaqəyə çıxdı. Bizə bildirildi ki, düşmən kənd Horadiz istiqamətində təxminən 8-10 tank və çox sayda canlı qüvvə ilə irəliləyərək bizim təminat və təxliyə yolumuzu bağlamağa çalışır.

Biz Cəbrayılı işğaldan azad etmişdik, əsas qüvvələrimiz Cəbrayıl və Füzuli istiqamətində, cəbhəboyu ərazilərdə yerləşirdi. Ehtiyat və arxa cəbhə qüvvələrimiz isə Horadiz qəsəbəsi istiqamətində idi. Beləliklə, əsas qüvvələrlə onların təminat mənbələri arasında əlaqənin kəsilməsi təhlükəsi yaranmışdı.

Həmin istiqamətə ən yaxın bölmə bizim yerləşdiyimiz tabor idi. Komandan dərhal tapşırıq verdi ki, müdaxilə edək və düşmənin yolu tamamilə bağlamasına imkan verməyək. Digər qüvvələr köməyə gələnədək düşmənin irəliləməsinin qarşısını almalı idik.

Dərhal tabor komandiri mayor Emin Almuradovu və taborun qərargah rəisi vəzifəsini icra edən kapitan Elçin İsmayılovu çağırdım. Qısa müddətdə xəritə üzərində planlama apardıq və əməliyyatın icrasına hazırlaşdıq. Taborun şəxsi heyətinin

Orijinal mənbə

İdman24 əsas səhifə