Digər · APA Sport
II Liqa: V tura yekun vurulub

Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
"Dinamo" öz meydanında "Marafon"u qəbul edib. Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.
"Qaradağ Lökbatan" isə səfərdə "Difai"yə 4:2 hesabı ilə qalib gəlib.
"Dinamo" - "Marafon" 0:3 Qollar: M.Caniyev, 4, Ü.İbazadə, 46, Ə.Ələkbərli, 77
"Difai" - "Qaradağ Lökbatan" 2:4 Qollar: A.Qaracayev, 41, E.Qurbanov, 78 - T.Axverdiyev, 10 (pen), Ə.Əlizadə, 82, S.Allahquliyev, 85, Ə.Hacılı, 90