Voleybol üzrə Azərbaycan çempionatı Super Liqa adı altında keçiriləcək

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 27° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Voleybol üzrə Azərbaycan çempionatı Super Liqa adı altında keçiriləcək Fərdi 22 sentyabr, 2026 19:17 Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 2026/2027 mövsümündə voleybol üzrə Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report" a verilən məlumata görə, görüşdə AVF-nin İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, aşağı yaş qrupları üzrə təlim işləri koordinatoru Nərgiz İsmayılova, Super Liqada iştirak edəcək komandaların nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.
Tədbirdə bildirilib ki, ötən mövsümlər Yüksək Liqa adı ilə keçirilmiş yarış yeni mövsümdən etibarən Super Liqa adlanacaq.
Həmçinin liqanın 2026-2027-ci illər mövsümü üzrə əsasnaməsi klub nümayəndələrinə təqdim olunub.
Çıxış edən Ş.Kərimov bildirib ki, ötən mövsüm olduğu kimi, bu dəfə də Super Liqada 9 qadın ("Turan", "DH Volley", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, "Azərmaş Abşeron", "Murov Az Terminal", "Azərreyl" və "Naxçıvan"), 6 kişi komandası ("Xilasedici", "ORDU", "Neftçi", "Murov Az Terminal", "Azərreyl" və "Gənclər") mübarizə aparacaq.
Qeyd edilib ki, yeni mövsümdə qadınların yarışında iki yenilik olacaq.
Ötən mövsüm "Abşeron" adı ilə çıxış etmiş komanda bu dəfə "Azərmaş Abşeron" adı ilə mübarizə aparacaq.
"Naxçıvan" klubu isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.
Super Liqanın 2026-cı ilin oktyabr ayında start götürməsi və 2027-ci ilin aprelində başa çatması nəzərdə tutulur. Yarışın liqa və pley-off mərhələlərindən ibarət olacağı diqqətə çatdırılıb.
Qadınların yarışında liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-offa yüksələcək. Kişilərin yarışında isə oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda 1-4 pillələrdə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.
Şir-Aslan Kərimov çıxışında yeni mövsümdə mübarizə aparacaq bütün komandalara, həmçinin avrokuboklarda ölkəmizi təmsil edəcək klublara qarşıdakı yarışlarda uğurlar diləyib.
Tədbirdə yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 20:49 Foto İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır Daxili siyasət 20:40 Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar Digər ölkələr 20:32 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - YENİLƏNİB İnfrastruktur 20:31 Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb Region 20:28 Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik Region 20:26 Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub Xarici siyasət 20:25 Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb Energetika 20:12 BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib Region 19:56 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.