"Liverpul" Salahın əvəzedicisini tapdı - 125 milyon ödəyəcək

“Liverpul” PSJ-nin vingeri Bredli Barcolanı transfer etməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
İngiltərə klubu 23 yaşlı futbolçu üçün Paris təmsilçisinə 125 milyon avro ödəməyə hazırdır. Barcola ilə imzalanacaq müqavilənin 2032-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.
“Liverpul” fransalı futbolçunu Məhəmməd Salahın gedişindən sonra hücum xəttinin əsas gücləndirmə variantlarından biri kimi görür. Klubun yeni baş məşqçisi Andoni İraolanın da Barcolanı komandanın yeni liderlərindən biri kimi düşündüyü qeyd olunur.
Qeyd edək ki, Barcola 2023-cü ildən PSJ-də çıxış edir. O, Paris klubunun heyətində 152 oyunda 39 qol vurub və 35 məhsuldar ötürmə edib. Futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 13 qol, 6 assistlə yadda qalıb.