U-15 Avropa çempionatı: Azərbaycanın 10 boksçusu yarımfinala vəsiqə qazanıb

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika U-15 Avropa çempionatı: Azərbaycanın 10 boksçusu yarımfinala vəsiqə qazanıb Fərdi 22 oktyabr, 2026 10:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 10 boksçusu Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Bu barədə "Report" a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
1/4 final mərhələsinin son qarşılaşmalarında yığmanın daha bir neçə üzvü mübarizə aparıb.
Nuray Qafarova (50 kq) Nino Tirkia (Gürcüstan) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, finala gedən yolda Polina Ağacanyanla (Rusiya) üz-üzə gələcək.
Ələkbər Məmmədli (44 kq) Leonard Buhaniuçdan (Moldova) güclü olub – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü yarımfinalda Rian Branaqanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
Sənan Nəsibli (52 kq) David Popeskunu (Rumıniya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçu yarımfinalda Lazar Yovanoviçlə (Serbiya) döyüşəcək.
Sadiq Xəlilov (54 kq) Yaroslav Nikolauskasa (Rusiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Naxçıvan boksunun yetirməsi final üçün Cey Şeridanla (Şotlandiya) gücünü yoxlayacaq.
Yusif Əli (57 kq) də növbəti dueldən qalib ayrılıb. O, Nikola İliçi (Monteneqro) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Kiril Çumakovu (Ukrayna) sınağa çəkəcək.
Sunay Əzimov (60 kq) isə vaxtından əvvəl qələbə qazanıb. O, Daniel Sardarunu (Rumıniya) üçüncü raundda tam üstünlüklə məğlub edib. Əzimov yarımfinalda Solomon Duboislə (İngiltərə) qarşılaşacaq.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a yüksəlib. Daha öncə Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da bu hüquqa yiyələnib. Millinin 10 idmançısının hər biri bu mərhələyə vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşlərinə bu gün start veriləcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Ten Azerbaijani boxers reach European U15 Boxing Championships semifinals --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:05 Mher Qriqoryan: Bu gündən TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq Region 12:02 Marta Kos: Monteneqro Avropa İttifaqına üzvlük prosesində liderdir Xarici siyasət 11:54 AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib Maliyyə 11:53 Putin Rusiya hökumətdə kadr dəyişiklikləri edib Region 11:53 Foto Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq Fərdi 11:53 Paşinyan Ermənistanın Aİİ ilə mövcud münasibətlərini çağırış adlandırıb Region 11:52 Foto Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər Sosial müdafiə 11:51 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Maliyyə 11:51 Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir Milli Məclis Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.