Formula 1 · F-1.az
Vassyör: Həmilton komandanın göstərişlərinə məhəl qoymayıb

Lyuis Həmilton Sinqapurda podiuma yüksələ bilərdi, lakin yarışı altıncı yerdə başa vurub, finişə yaxın aşınmış təkərlərlə Kimi Antonelli və McLaren komandasının hər iki sürücüsünü önə buraxıb. Hadisələrin bu cür inkişafı, virtual təhlükəsizlik avtomobili rejimi zamanı yeddiqat dünya çempionunun bolidində təkərlərin dəyişdirilməməsi ilə bağlı mübahisəli strateji qərarın birbaşa nəticəsi olub.