Futbol · APA Sport
Seneqallı hücumçu "Səbail"də

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Mboup Babakarı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Sözləşmədə müddətin daha 1 il uzadılması nəzərdə tutulub.
Qeyd edək ki, Mboup Babakarın son klubu Serbiyanın “Radniçki” komandası olub.