Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Energetika 21 oktyabr, 2026 20:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Urso sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, iki ölkənin strateji tərəfdaşlığı əməkdaşlığın enerji sektorundan kənara çıxarılmasını və Azərbaycan investisiyalarının İtaliyanın istehsal sektoruna cəlb edilməsini nəzərdə tutur.
O qeyd edib ki, tərəflər süni intellekt və robototexnika da daxil olmaqla, innovativ sahələrdə texnoloji və sənaye tərəfdaşlığını inkişaf etdirmək niyyətindədirlər: "İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") dəstəyi ilə İtaliyanın Müəssisələr və İstehsal Nazirliyi (MIMIT) və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi İtaliya-Azərbaycan forumunda bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalanıb. "Confindustria"nın prezidenti Emanuele Orsini və nazir Antonio Tayaninin iştirakı ilə imzalanan sənəd məhz bu məqsədə xidmət edir".
O əlavə edib ki, söhbət tədarükün şaxələndirilməsi və istehsal zəncirinin bütün mərhələlərində investisiyaların təşviqi məqsədilə Azərbaycanın resursları ilə İtaliyanın səriştələrinin birləşdirilməsindən gedir. Bu prosesdə "Made in Italy" Milli Fondunun mümkün dəstəyi də nəzərdə tutulur.
"Azərbaycan, həmçinin İtaliyanın Porto-Margerada yaratmağı təklif etdiyi kritik əhəmiyyətli xammal üzrə strateji anbar layihəsinin həyata keçirilməsində mühüm tərəfdaş ola bilər. Bu, tədarükdə yaranan fasilələrdən İtaliya və Avropa sənayesini qorumaq, eləcə də strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyan Avropada bu növ ilk pilot obyekt ola bilər", - nazir əlavə edib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Aydan Ələsgərli Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Азербайджан и Италия подписали совместную декларацию по критически важному сырью --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 21:40 Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır Region 21:32 BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib Digər ölkələr 21:27 Stiv Uitkoff Rusiya Prezidenti ilə danışıqları konstruktiv adlandırıb Digər ölkələr 21:18 Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb Digər ölkələr 20:43 Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 12 %-dən çox azalıb Biznes 20:36 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır - Rəy Xarici siyasət 20:33 "Barselona" Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb Futbol 20:31 Foto Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Energetika 20:29 Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub Ədəbiyyat Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.