Digər · APA Sport
Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”

Misli Premyer Liqasının IX turunda "Şəfa" "Kəpəz"i qəbul edib - 1:2.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.
"Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh edəsi olacam. Oyuna yaxşı başlamadıq. Amma ikinci hissədə tam üstünlüyü ələ aldıq, qol vurduq. Uğursuz penaltidən sonra rəqib hesabı bərabərləşdird,sonda da qələbə qazandılar. Futbolçular çox gərgindirlər. Bunu üzərimizdən ata bilmirik. Amma ümumi baxsaq, oyun üslubumuz, oyun sxemimiz yeni yığılan komanda üçün yaxşıdır. Bilmirəm şanssızlıqla əlaqələndirim, ya təcrübəsizliklə, bilmirəm. Amma düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdir".