Digər · APA Sport
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib

Gənc qızlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Apasport.az xəbər verir ki, hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-Pri turnirinə hazırlıq məqsədi daşıyıb.