"İmişli" baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "İmişli" baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib Futbol 13 oktyabr, 2026 12:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"İmişli" Futbol Klubu baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib.
Bunu "Report" a açıqlamasında klubun icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, qərarın klub rəhbərliyinin iclasında qəbul olunduğunu bildirib:
"Heç bir ciddi səbəb yoxdur. Rəhbərliklə keçirilən iclasda komandanın oyunu və zəif nəticələri müzakirə olundu. Yekunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərara gəldik. Bunu baş məşqçinin özü də istəyirdi".
İcraçı direktor bu dəyişikliyin komandaya müsbət təsir edəcəyinə inandığını diqqətə çatdırıb:
"Bu qərar komandaya mütləq müsbət mənada təsir edəcək. Hələ ki yeni baş məşqçi ilə bağlı açıqlama vermək tezdir. Fərid Namazovla bu gün sağollaşmışıq, ona görə də bir az zaman lazımdır. Yəqin ki, yaxın günlərdə yeni baş məşqçinin adı açıqlanacaq".
Aqşin Mürsəlov məşqçilər korpusunun gələcək taleyindən də söz açıb:
"Köməkçilərlə bağlı hələ ki konkret qərar yoxdur. Səhər iclasında əsas vacib məsələ baş məşqçi ilə bağlı idi. Qalmaq istəyənlər yəqin ki, qalacaqlar. Yeni baş məşqçi öz heyəti ilə gəlməyəcəksə, köməkçilər işlərinə davam edə bilərlər. Bu məsələlərlə bağlı qısa zamanda məlumat veriləcək".
Qeyd edək ki, bölgə təmsilçisi bu gün Fərid Namazovla vidalaşdığını açıqlayıb. Mütəxəssis bu ilin yayında komandanın baş məşqçisi təyin olunmuş və onunla 1 illik müqavilə imzalanmışdı.
"İmişli" Misli Premyer Liqasında 7 turdan sonra 4 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 15:36 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Hadisə 15:36 Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib Futbol 15:28 BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər Digər ölkələr 15:27 ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub Daxili siyasət 15:25 Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb Digər ölkələr 15:22 Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb Maliyyə 15:17 Naxçıvanda bank əmanətləri 46 % artıb Maliyyə 15:16 Nürnberq aeroportu fəaliyyətini dayandırıb Digər ölkələr 15:15 Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.