İdman24
Futbol · Report İdman

AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib Futbol 13 oktyabr, 2026 16:07 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva "Qlobal İdman İdarəçiliyi üzrə Executive Master" (MESGO) beynəlxalq magistr proqramını uğurla tamamlayıb.

"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

İdman sahəsində çalışan rəhbər şəxslər üçün nəzərdə tutulan MESGO UEFA-nın dəstəyi ilə həyata keçirilən nüfuzlu beynəlxalq təhsil proqramıdır.

Proqram Fransanın Limoj Universitetinin İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) koordinasiyası ilə UEFA Akademiyası və tərəfdaş akademik qurumların əməkdaşlığı çərçivəsində təşkil olunur.

Proqram iştirakçılara idman təşkilatlarını daha səmərəli idarə etmək, mürəkkəb məsələlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək və idmanın gələcəyini formalaşdıran dəyişikliklərə hazır olmaq üçün bilik və bacarıqlar qazandırır. 2024–2026-cı illəri əhatə edən tədris Avropa, Şimali Amerika və Asiyada keçirilən doqquz sessiyadan ibarət olub. Tədris sessiyaları professorların və sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib.

İki il ərzində iştirakçılar beynəlxalq idman qurumlarının və digər beynəlxalq təşkilatların fəaliyyəti və idarəetmə təcrübəsi ilə yerində tanış olub, onların iş prinsiplərini təhlil edib, sahənin aparıcı mütəxəssisləri ilə fikir və təcrübə mübadiləsi aparıblar. Tədris çərçivəsində idarəetmə və yarışların təşkilindən kommersiya hüquqları, etika və risklərin idarə edilməsinədək geniş mövzular əhatə olunub, nəzəri biliklər real nümunələrlə əlaqələndirilib, idman təşkilatlarının qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib.

Könül Mehdiyevanın peşəkar fəaliyyəti ilə yanaşı, fəqlənmə ilə tamamladığı bu proqram ona beynəlxalq idman idarəçiliyinə dair daha geniş baxış və yeni peşəkar əlaqələr qazandırıb. Əldə olunan bilik və təcrübə onun AFFA-dakı fəaliyyətində və Azərbaycan futbolunun inkişafına yönələn işində faydalı olacaq.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif İdman Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:37 AMB kreditlərdə xalis gəlirin 5 misli ilə məhdudlaşdırmanın nəticələrini açıqlayıb Maliyyə 18:35 Foto Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub Xarici siyasət 18:27 Ağ Ev: ABŞ Venesueladakı neft ehtiyatlarının böyük hissəsinə nəzarət edir Energetika 18:26 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Maliyyə 18:24 Foto Azərbaycan HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib Hərbi 18:21 AMB: Median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb Maliyyə 18:21 Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb Maliyyə 18:19 Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək Xarici siyasət 18:17 Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə