İdman24
Döyüş İdmanı · Report İdman

Elçin Cəfərov: "Azərbaycanın güləş milliləri dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar"

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elçin Cəfərov: "Azərbaycanın güləş milliləri dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar" Fərdi 21 oktyabr, 2026 16:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın güləş milliləri Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar.

Bunu "Report" a açıqlamasında Azərbaycan Güləş Federasiyasının Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov deyib.

Mütəxəssis mundial öncəsi yığmaların durumu barədə fikirlərini bölüşüb:

"Neçə medal qazanılacağını söyləmək çətindir, lakin komanda üzvlərinin yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini, bir neçə beynəlxalq turnirdə iştirak edərək medallar qazandıqlarını qeyd edə bilərəm. Yığmalarda vəziyyət çox yaxşıdır, heyətdə adlı-sanlı pəhləvanlar yer alıb. Yunan-Roma güləşi millisinin kapitanı Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olmağı qarşısına məqsəd qoyub. Bütün idmançılarımız yaxşı formadadır".

E.Cəfərov yarışda nəticələrə təsir edən amillərdən də söz açıb:

"Turnirdə təkcə hazırlıq deyil, çəkisalma prosesi, hakimlərin qeyri-obyektivliyi, püşk məsələsi kimi faktorlar var. Bunlar nəticələrə birbaşa təsir edən amillərdir. Kimin çəkini necə salacağı, psixoloji baxımdan görüşlərə necə hazırlaşacağı böyük şərtdir. Xalçada hər şey bir neçə saniyə ərzində həll olunur. Buna görə də əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil. Lakin sevindirici haldır ki, bütün Avropa bizim komandalarla və onların üzvləri ilə hesablaşır. Güləşçilərimiz yüksək nəticələrə kökləniblər".

Yunan-Roma güləşi yığmasının sabiq baş məşqçisi heyətdəki bütün idmançıların öz yerlərinə layiq olduqlarını vurğulayıb:

"55 kq-da Eldəniz Əzizli, 60 kq-da Murad Məmmədov və digərləri titullu idmançılardır. Onlar öz yerlərini qoruyub saxlayıblar. İndi elə vaxtdır ki, hamısı nəticə göstərməlidir. Ötən il və bu il müəyyən uğurlar qazanıblar. İnanıram ki, dünya çempionatında da yaxşı nəticələrlə bizi sevindirəcəklər".

Qeyd edək ki, oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək dünya çempionatında Azərbaycanı 23 güləşçi təmsil edəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 17:54 Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub Xarici siyasət 17:54 "Avropa uğrunda Vətənpərvərlər" fraksiyasının ofislərində axtarışlar aparılır Digər ölkələr 17:53 Foto Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir Elm və təhsil 17:42 Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb Digər ölkələr 17:34 553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib İnfrastruktur 17:26 Foto "Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib Futbol 17:17 Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək Fərdi 17:13 Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək Fərdi 17:11 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə