İtaliyanın xüsusi təyinatlıları ukraynalı döyüş üzgüçülərini hazırlayır

İlham Əliyev COP31 Azərbaycanın Milli Dirçəliş Günü Bakı 10° C USD - 1.700 EUR - 1.871 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev COP31 Azərbaycanın Milli Dirçəliş Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İtaliyanın xüsusi təyinatlıları ukraynalı döyüş üzgüçülərini hazırlayır Digər ölkələr 18 noyabr, 2026 09:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsinin (Comsubin) hərbi qulluqçuları bir neçə həftə ərzində Spetsiya şəhəri yaxınlığındakı Varinyano bazasında ukraynalı döyüş üzgüçülərinin qapalı hazırlığını keçirirlər.
"Report" xəbər verir ki, bu barədə fransız "Intelligence Online" portalı mənbələrə istinadən xəbər verib.
Nəşr qeyd edir ki, təlimi Ukraynanın Milli Qvardiyasının "Omeqa" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri və Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü dəniz xüsusi əməliyyatlar mərkəzinin əsgərləri keçir. Hər iki ölkənin hakimiyyət orqanları ukraynalı sualtı diversantların bilavasitə İtaliya ərazisində hazırlanması üzrə ilk təşəbbüs olan bu proqramı rəsmi şəkildə elan etməyiblər.
Kurs qapalı dövrlü tənəffüs aparatlarının və düşmən ərazisinə gizli nüfuz etmək üçün zəruri olan dərinlik dalışlarının mənimsənilməsini əhatə edir. Ayrıca tədris modulu liman akvatoriyalarında diversiya əməliyyatlarının aparılmasına həsr olunub.
2024-cü ilin fevralında Roma və Kiyev təhlükəsizlik sahəsində ikitərəfli saziş imzalayıb ki, bu saziş Milli Qvardiyanın döyüşçüləri də daxil olmaqla, ukraynalı hərbçilərin ixtisaslaşdırılmış təlimini nəzərdə tutur.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Intelligence Online: Спецназ ВМС Италии начал тайную подготовку украинских боевых пловцов --> --> --> --> --> USD - 1.700 EUR - 1.871 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 09:40 Foto Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib Xarici siyasət 09:33 Azərbaycan nefti cüzi bahalaşıb Energetika 09:33 Video Mərdəkanda yataqxanada yanğın olub Hadisə 09:33 İndoneziyada 5,9 maqnitudalı zəlzələ olub Digər ölkələr 09:33 FIBA Avropa Kuboku: "Gəncə" "Kolossos"un qonağı olacaq Komanda 09:30 Qış tətilində yeni ünvanlar: azərbaycanlı turistlər hansı ölkələrə üz tutur? - Araşdırma Turizm 09:28 Foto Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib Energetika 09:11 FIBA Avropa Kuboku: "LANDAU Lİons" "Previdza" ilə qarşılaşacaq Komanda 09:10 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.11.2026) Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.