İdman24
Digər · APA Sport

Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda Vyetnam yığmasına 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı əvvəlki oyunlarında Çiliyə 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabı ilə üstələyib.

Orijinal mənbə

İdman24 əsas səhifə