İdman24
Futbol · APA Sport

KL: "Neftçi" tur axtarışında - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) komandası ilə üz-üzə gələcək. Stara Zaqoradakı "Beroe Siti" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüş "Dinamo"nun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunu

21:00. "Dinamo" (Minsk, Belarus) – "Neftçi"

Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (hamısı Şimali İrlandiya)

Stadion: "Beroe Siti" (Stara Zaqora, Bolqarıstan)

Orijinal mənbə

İdman24 əsas səhifə