İdman24
Futbol · APA Sport

Messi tarix yazmağa davam edir – 49-cu titul

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasında 49-cu komanda titulunu qazanıb.

Apasport.az xəbər verir ki, ABŞ klubu sentyabrın 17-də keçirilən Kampionlar Kuboku uğrunda görüşdə Meksikanın “Kruz Azul” komandasını 2:0 hesabı ilə məğlub edib.

Messi qarşılaşmada qollardan birinə imza atıb. 39 yaşlı futbolçu üçün bu, “İnter Mayami”də 100-cü, peşəkar karyerasında isə 929-cu qol olub.

Qeyd edək ki, “İnter Mayami” tarixində ilk dəfə 2018-ci ildən keçirilən Kampionlar Kubokunu qazanıb.

Messi daha əvvəl “Barselona” ilə 35, PSJ ilə 3, “İnter Mayami” ilə 4, Argentina millisi ilə isə 6 titul əldə edib. Bununla da argentinalı futbolçu futbol tarixində ən çox komanda tituluna sahib oyunçu kimi öz rekordunu yeniləyib.

Bu göstəricidə ikinci pillədə Messinin “Barselona”dakı sabiq komanda yoldaşı Dani Alves qərarlaşıb – 45 titul.

Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin sonunadəkdir.

Orijinal mənbə

İdman24 əsas səhifə