İdman24
Digər · APA Sport

“İmişli”də növbəti ayrılıq - RƏSMİ

"İmişli" daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, müdafiəçi Rafael Vieqaş komandanı tərk edib.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 32 yaşlı braziliyalı oyunçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Rafael Vieqaş ötən ilin yayında "İmişli"yə transfer olunmuşdu.

Orijinal mənbə

İdman24 əsas səhifə