Sebastyan Qishamer doğum günündə "Sabah"ın oyununu idarə edəcək

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Sebastyan Qishamer doğum günündə "Sabah"ın oyununu idarə edəcək Futbol 12 oktyabr, 2026 14:57 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) matçını idarə edəcək avstriyalı baş hakim Sebastyan Qishamer həm də mülki mühəndis kimi fəaliyyət göstərir.
"Report" xəbər verir ki, əsas peşəsi mülki mühəndislik olan referi 38 yaşını məhz sabah, görüşün keçiriləcəyi gündə tamamlayacaq.
Peşəkar karyerasına 2017-ci il aprelin 15-də başlayan avstriyalı referi meydandakı sərt intizamı ilə tanınır. "Sabah" və Çexiyanın "Slaviya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqası matçı avstriyalı referi üçün 240-cı olacaq. 37 yaşlı referi indiyədək idarə etdiyi 239 qarşılaşmada 1070 sarı, 34 birbaşa qırmızı və 32 ikinci sarıdan qırmızı vərəqə göstərib.
Təcrübəli ədalət təmsilçisi həmçinin 78 dəfə penalti nöqtəsinə işarə edib. S.Qishamer idarə etdiyi oyunlarda orta hesabla 4,48 sarı və 0,14 qırmızı vərəqə ilə yadda qalıb.
37 yaşlı referi 2019-cu ildən FIFA, 2023/2024 mövsümündən isə UEFA-nın I kateqoriya hakimləri sırasındadır.
S.Qishamer karyerası ərzində Azərbaycan təmsilçilərinin də matçlarına təyint alıb. O, DÇ-2026-nın seçmə mərhələsində millinin Polşada Ukraynaya uduzduğu (1:2) görüşü idarə edib.
FIFA referisi 2023-cü ildə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə İsveç təmsilçisi "Hakken"i üstələdiyi (1:0) matçda və 2017-ci ildə Azərbaycanın U-21 yığmasının Çexiyaya uduzduğu (0:5) yoldaşlıq oyununda iş başında olub.
2004-cü ildən hakimlik edən S.Qishamer 2016/2017 mövsümündən Avstriya Bundesliqasında qarşılaşmaları idarə edir.
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 15:40 Azərbaycan və Kamboca əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq Biznes 15:37 Kambocalı nazir Azərbaycan ilə biznes əlaqələrini inkişaf etdirməyə çağırıb Biznes 15:36 Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb Turizm 15:35 Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz Region 15:34 Elnur Məmmədli: "Cüdoçularmız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər" Fərdi 15:32 Azərbaycan güləşçiləri veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazanıblar Fərdi 15:32 Mikayıl Cabbarov: "Kamboca ilə ticarət əlaqələri daha da genişləndirilə bilər" Biznes 15:32 Paşinyan: Azərbaycan və Ermənistan arasında sülh həm de-fakto, həm də de-yure müəyyən edilib Xarici siyasət 15:30 Kozarev: Azərbaycan və Serbiya 2027-ci ildə yüksək səviyyəli görüşlər planlaşdırır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.