Digər · APA Sport
Millimiz Gürcüstana məğlub oldu – ardıcıl ikinci dəfə

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma Gürcüstanla qarşılaşıb.
“Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sentyabrın 7-də komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Gürcüstan millisi qalib gəlmişdi – 1:0.