Formula 1 · F-1.az
Pit-stopdakı səhv Bortoletoya mövqe itkisinə başa gəlib

ABŞ Qran-prisi ərəfəsində Gabriel Bortoletonun Audi üzərində güc qurğusunun elementlərinin əksəriyyəti dəyişdirilib, buna görə də o, cərimə alıb və Ostində son sıradan start götürüb. Belə vəziyyətdə xal qazanmağa ümid etmək çətin idi, amma qəribə pit-stop səhvi olmasaydı, braziliyalı sonda tutduğu 13-cü yerdən daha yuxarıda finiş görə bilərdi.