İdman24
Digər · APA Sport

Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini qəbul etməyib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İtaliya Futbol Federasiyası ispan mütəxəssisə milli komandanın baş məşqçisi postunu təklif edib. Qvardiola bu həftə təklifi dəyərləndirsə də, sonda imtina etmək qərarına gəlib.

Bildirilib ki, 55 yaşlı mütəxəssis ailəsinə daha çox vaxt ayırmaq, istirahət etmək və yalnız bundan sonra futbola qayıtmağı planlaşdırır.

Qeyd edək ki, Pep Qvardiola məşqçilik karyerası ərzində "Barselona", "Bavariya" və "Mançester Siti"ni çalışdırıb. O, bu komandalarla ümumilikdə 39 titul qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə