İdman24
Futbol · APA Sport

Amil Ağacanov qələbəni şərh etdi: “Futbolçularla fərdi söhbətlər apardıq”

"Qəbələ" Misli Premyer Liqasının IV turunda doğma meydanda "İmişli"ni 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

"Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm".

- "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi? - Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq.

Orijinal mənbə

İdman24 əsas səhifə